WordPress plugin-lərini quraşdırmaq bəzilərinə əhəmiyyətsiz görünə bilər, ancaq biz plugin-lərin quraşdırılmasının bütün müxtəlif yollarını əhatə etmək istəyirik. Bura yeni başlayanlar üçün asan və WordPress Developer-lər kimi daha çox təcrübəyə sahib olanlar üçün daha inkişaf etmiş metodlar daxildir.
Bu gün saytınıza WordPress plugin-lərinin quraşdırılmasının 2 müxtəlif yolundan danışacağıq. Bunlar birbaşa WordPress panelindən axtarış, SFTP vasitəsilə plugin-i əl ilə yükləməkdir. Aşağıdakı nümunələrdə hazırda 1 milyondan çox WordPress saytında quraşdırılmış məhşur pulsuz Yoast SEO plugin-ini istifadə edəcəyik.
- WordPress panelindən quraşdırmaq (asan/başlanğıc)
- SFTP vasitəsilə quraşdırmaq (orta)
- Admin paneldən WordPress plugin-lərinin qurulması
Plugin-inin paneldən quraşdırılması plugin-i tez bir şəkildə qurmağın və işlətməyin ən asan yolllarından biridir. Edəcəyiniz ilk iş admin paneldə plugin-lər bölməsinin altındakı “Yenisini əlavə et” (“Add New”) düyməsinə daxil olmaqdır. Daha sonra qurmaq istədiyiniz plugin-i axtara bilərsiniz. Nümunədə biz “Yoast SEO” yazmışıq. Siz önə çıxan, məhşur və təklif edilən plugin-lərə də göz ata bilərsiniz. Sonra “İndi Qur” (“İnstall Now”) düyməsinə klikləyin.
Sonra isə “Aktivləşdir” (“Activate”) düyməsinə klikləyin.
Və budur! Sizin plugin-iniz quraşdırıldı, aktivləşdirildi və işləməyə hazırdır. Əksər plugin-lərin, xüsusən də daha böyük olanların WordPress panelinin sol tərəfində seçim menyusu olur. Məsələn, “Yoast SEO” plugin-ində artıq plugin-in parametrlərinə daxil ola biləcəyimiz bir “SEO” menyusu var.
- SFTP vasitəsilə WordPress plugin-lərinin qurulması
Plugin-ləri quraşdırmağın başqa yolu SFTP (təhlükəsiz FTP) vasitəsilə əl ilə quraşdırmaqdır. Bu nümunədə Yoast SEO plugin-ini veb sayta yükləmək üçün pulsuz Filezilla FTP clientdan istifadə edəcəyik.
İlk addım WordPress deposuna getmək və plugin-i əl ilə yükləməkdir. Plugin-i axtarıb sonra daxil olun.
Sonra “xx versiyanı yüklə” düyməsinə klikləyin. Bu, plugin-in ən son .zip versiyasını kompüterinizə yükləyəcəkdir.
Sonra plugin-i .zip faylından çıxarın (bunu SSH vasitəsi ilə də edə bilərsiniz).
Daha sonra FTP client vasitəsilə plugin-i public/wp-content/plugins directory qovluğuna yükləyin.
Qeyd: Siz plugin qovluğunun içərisindəki adı çəkilən plugin qovluğunu götürməlisiniz. Məsələn, “wordpress-seo.3.5” qovluğunun altında “wordpress seo” adlı başqa bir qovluq var. Sizə lazım olan fayl budur.
Sonra plugin-i aktivləşdirmək üçün admin paneldəki plagin bölməsində “Yüklənmiş Plugin-lər” -ə (“Installed Plugins” ) gedin və SFTP vasitəsilə yeni yüklədiyiniz plugin-in altındakı “Aktivləşdir” (“Activate”) düyməsinə klikləyin.